"Neftçi" Ramil Şeydayevi əvəzedici heyətə göndərdi
"Neftçi" iki futbolçusunu əvəzedici heyətə göndərib. Klubdan Milli.Az-a verilən məlumata görə, baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular - Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər. Milli.Az

Şərh verin