67 yaşlı kişi su anbarında batdı
Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb. Milli.Az APA-ya istinadən bildirir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Milli.Az

Şərh verin