Bir reklamdan 32 milyon qazanacaq
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya bu dəfə qazancı ilə diqqət çəkib. “Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa uzun illərdir siması olduğu “Jean” markası ilə 11-ci dəfə əməkdaşlıq müqaviləsi imzalayıb. Məlumata görə, yeni kolleksiya üçün kamera qarşısına keçən Sarıkayanın bu dəfə 32 milyon TL (1 milyon 300 min AZN) qonorar alacağı iddia olunur. 2024-cü ildə eyni brendlə müqavilə qarşılığında 25 milyon TL qazanan Sarıkayanın gəlirlərini, əsasən, daşınmaz əmlaka yatırdığı bildirilir.

Şərh verin