Pakistan-Əfqanıstan sərhədində toqquşma — Ölənlər var

Əfqanıstan silahlı dəstələri Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb. Məlumata görə Pakistan cavab tədbirləri görüb. İnsident nəticəsində beş əfqan hərbçinin həlak olduğu bildirilib.