Güclü külək nə vaxta kimi davam edəcək?
Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Küləyin maksimal sürəti 23 m/s-dək güclənir. Qeyd edilib ki, dənizdə dalğanın hündürlüyü 4.4 metrdir. Bildirilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti avqustun 22-si günün ikinci yarısından zəifləyəcək. Milli.Az

Şərh verin