
Zelenski ilə görüşdən əvvəl onunla danışdı — Yenilənib
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri ərəfəsində Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. “Axios”a məlumatlı mənbə bildirib ki, ABŞ lideri Tramp cümə axşamı Rusiya Prezidenti Putinlə telefon danışığı aparacaq”, – portal yazır. Danışıq Tramp və Zelenskinin Ağ Evdəki görüşündən bir gün əvvəl baş tutacaq. Tərəflər Ukraynanın uzaqmənzilli “Tomaqavk” raketləri ilə təchiz edilməsi imkanlarını müzakirə edəcəklər. *** ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığına başladığını açıqlayıb. Tramp söhbətin mövzusunu açıqlanmasa da, bunun uzun olacağını bildirib. “Mən də prezident Putin kimi söhbət bitdikdən sonra onun məzmunu barədə məlumat verəcəyəm”, - deyə Tramp əlavə edib. *** “Fox News”un məlumatına görə, Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı başa çatıb.
Şərh verin