
Luvrdan nələr oğurlanıb? — Siyahı - Fotolar
Xəbər verdiyimiz kimi , Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşya oğurlayıblar. “Qafqazinfo” oğurlanan əşyaların siyahısını təqdim edir: * Kraliça Hortenziyanın diademası. XIX əsrin əvvəllərində hazırlanmış diadema 24 sapfir və 1083 brilyantla bəzədilib; * Kraliça Hortenziyanın boyunbağısı. Boyunbağının bəzədilməsində 8 sapfir və 631 brilyantdan istifadə olunub; * Kraliça Hortenziyanın sırğaları; * III Napoleonun həyat yoldaşı İmperatriçə Yevgeniyanın qızıl broşu. Bu zinət əşyası 92 brilyantla bəzədilib; * İmperatriçə Yevgeniyaya məxsus daha bir qızıl broş; * İmperatriçə Yevgeniyanın diademası; * İmperatriçə Yevgeniyanın digər qiymətli broşu; * İmperatriçə Mariya-Luizanın boyunbağısı; * İmperatriçə Mariya-Luizanın sırğaları. Bundan əlavə, qarətçilərin “qənimət”ləri arasında İmperatriçə Yevgeniyanın tacı da olub. Lakin o, sonradan muzeyin yaxınlığında sınıq vəziyyətdə tapılıb. XIX əsrdə hazırlanmış tac 1354 brilyant, 56 zümrüd və qızıl qartal təsvirlərindən ibarətdir. Hazırda cinayətkarların axtarışları davam etdirilir. Qarət hadisəsinin sifarişlə, peşəkarlar tərəfindən törədildiyi güman edilir. Qeyd edək ki, bu, son 30 ildə Luvr muzeyində törədilmiş ilk qarət hadisəsidir.
Şərh verin