Qəbələdə maşınlar toqquşdu — 5 nəfər xəsarət aldı + Fotolar
Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində olub. Belə ki, “VAZ 2106” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyev, “Opel”in sürücüsü 1962-ci il təvəllüdlü Adil Məmmədov, sərnişinləri 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. Mübariz Muradov

Şərh verin