Nikola Sarkozi həbsxanaya arvadı ilə əl-ələ getdi - VİDEO

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu gün 5 illik həbs cəzasını çəkmək üçün həbsxanaya yollanıb. Milli.Az xəbər verir ki, 70 yaşlı Sarkozi çərşənbə axşamı səhər Parisin La Sante həbsxanasına gedərkən həyat yoldaşı Carla Bruni-Sarkozi ilə əl-ələ görüntülənib. Evindən çıxarkən tərəfdarları "Nicolas, Nicolas" şüarları səsləndiriblər. Nikola Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı ötən ay cinayətkar sui-qəsddə təqsirli bilinməsinə baxmayaraq, günahsız olduğunu bəyan edib. Fidan Milli.Az