
“Xankəndi” 14:0 hesablı qələbə qazandı
Bu gün Azərbaycan 2-ci liqasında 6-cı tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirilib. Saatlıda keçirilən görüşdə futbolda az hallarda rast gəlinən hesab qeydə alınıb. “Xankəndi” səfərdə “Araz Saatlı”nı 14 cavabsız qolla məğlub edib. 21 oktyabr Azərbaycan 2-ci liqası 6-cı tur “Araz Saatlı” – “Xankəndi” - 0:14 Qollar: E.Hüseynzadə, 20, R.Abdullayev, 34 (avtoqol), B.Teymurov, 44, 74, 85, 90, T.Qurbatov, 47, 56, 79, S.Ağayev, 54, 81, E.Quliyev, 63, T.Mütəlimov, 78, A.Topalov, 83 “Ağdaş” – “Şəki Siti” - 0:3 Qollar: R.Əhmədov, 26 (avtoqol), 43 (avtoqol), C.İmamverdiyev, 32 “Şirvan” – “Dinamo” - 4:3 Qollar: E.Xəlilli, 9, N.İsayev, 16, C.Baxşəliyev, 55, E.Xəlilov, 85 - X.Qocayev, 50, F.Dəmirov, 65, V.Seyidov, 72 (pen)
Şərh verin