Azərbaycanlı müğənni ata oldu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni HammAli ata olub. Milli.Az xəbər verir ki, sənətçinin həyat yoldaşı Emiliya bir neçə gün əvvəl oğlan övladı dünyaya gətirib. HammAli xoş xəbəri sosial şəbəkə hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb. "Dünyaya xoş gəldin, oğlum! Ana və ata həmişə yanında olacaq. Ən xoşbəxt və yaxşı insan ol". Müğənninin paylaşımı qısa zamanda böyük maraqla qarşılanıb və sənətçiyə çoxsaylı təbriklər ünvanlanıb. Hüseyn Milli.Az