"Ermənistan ikitərəfli tranziti təmin etməyə hazırdır" - Paşinyan

Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib Milil.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunun açılış mərasimində çıxışında deyib. "Bu gündən etibarən biz Ermənistan ərazisi vasitəsilə Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yüklərin tranzitini təmin etməyə hazırıq", - deyə baş nazir bildirib. Milli.Az