Eşqi Bağırov məktəb direktorunu işdən çıxardı

Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib. Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu barədə agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb. Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Milli.Az