Prezidentdən Yaqub Eyyubovla bağlı — Sərəncam

Baş nazirin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib. Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.