Zirzəmidən tapılan körpənin valideynləri hələ də axtarılır - FOTO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb. Milli.Az-ın "Unikal"a istinadən məlumatına görə, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb. Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir. Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Milli.Az