.png)
İzmirdə güclü partlayış oldu, ikimərtəbəli ev uçdu - Yaralananlar var
İzmirin Bayraklı rayonunun Doğançay məhəlləsində yerləşən fərdi evdə baş verən güclü partlayış nəticəsində ikimərtəbəli bina tamamilə çöküb. Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ağır xəsarət alıb. Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə yanğınsöndürən, xilasetmə və polis qrupları cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə İzmir Şəhər Xəstəxanasına çatdırılıblar. Partlayışın gücü o qədər böyük olub ki, evin damı dağılıb və yaxınlıqdakı iki mərmər emalı müəssisəsinə də ciddi zərər dəyib. Hadisə ilə bağlı araşdırma aparılır. Milli.Az
Şərh verin