Niyazi Bayramov səyyar görüş keçirdi — Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 14 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Tədbirdən əvvəl şəhər rəhbəri və rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə çiçəklər düzüblər. Görüş zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.