
“Qarabağ” Çempionlar Liqasında neçəncidir?
Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Bilbao “Atletik”i ilə qarşılaşıb. Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk məğlubiyyətini alıb. 1-ci turda “Benfika”ya, 2-ci turda isə “Kopenhagen”ə qalib gələn Qurban Qurbanovun komandası hazırda sıralamada 6 xalla 13-cüdür. Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.
Şərh verin