
Evində yanğın oldu, tüstüdən boğulub öldü — Yenilənib
Oktyabrın 21-i Bakıda yerləşən mənzillərin birində yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində olub. Belə ki, 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verib və o, tüstüdən boğularaq ölüb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyindən ( FHN) sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb: “Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.
Şərh verin