Almatı yaxınlığında güclü ZƏLZƏLƏ

Almatı yaxınlığında 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Milli.Az xəbər verir ki, məlumata görə, zəlzələ Astana vaxtı ilə saat 12:20-də baş verib. Zəlzələnin episentri Almatıdan 136 kilometr cənub-qərbdə, Qırğızıstan ərazisində, 10 kilometr dərinlikdə yerləşib. Qazaxıstan ərazisində təkanlar hiss edilməyib. Milli.Az