“Bu sözlərim məni növbəti dəfə ittiham etməyə əsas verir” — Paşinyan

“Erməni konyakı anlayışı yoxdur ”. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib. “Mənim “Ermənistanda konyak istehsal edilə bilməz” deməyim məni növbəti dəfə milli köklərimizdən uzaqlaşmaqda ittiham etməyə əsas verir. Biz bu məlumatı bilməliyik: konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilmiş üzümdən istehsal oluna bilər. Ermənistanda şampan ola bilməz, çünki şampan yalnız Fransanın Şampan bölgəsində yetişdirilmiş üzümdən istehsal edilir”, - Paşinyan deyib. Onun bu açıqlaması sosial şəbəkələrin erməni seqmentində müzakirələrə səbəb olub.