Türkiyəli aktrisa vəfat etdi - FOTO

Türkiyənin tanınmış aktrisası Neşe Aksoy 62 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib. Milli.Az xəbər verir ki, məlumata görə, aktrisa uzun müddətdir xərçəng xəstəliyindən müalicə alırdı. O, bu gün İzmirdə həyatını itirib. Neşe Aksoyun ölüm xəbəri barədə Film-San Vəqfi açıqlama yayıb: "Fəxri Film-San Vəqf üzvlərimizdən olan aktrisa Neşe Aksoya Allah rəhmət eləsin, ailəsinə və sevənlərinə başsağlığı veririk" . Qeyd edək ki, Neşe Aksoy "Qızlar Sinfi Yarışır" və "Lodos Zühtü" adlı məşhur filmlərdə çəkilib. Fidan Milli.Az