“Fənərbaxça” qalib gəldi, “Roma” uduzdu

Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, 18 qarşılaşmanın hamısı eyni gündə oynanılıb. Türkiyə “Fənərbaxça”sı evdə “Ştutqart”la (Almaniya) üz-üzə gəlib. Oyun İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Roma” isə “Viktoriya”nı qəbul edib. Görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib. UEFA Avropa Liqası, Liqa mərhələsi, 3-cü tur 23 oktyabr “Feyenoord” (Niderland) – “Panatinaikos” (Yunanıstan) – 3:1 “Zaltsburq” (Avstriya) – “Ferentsvaroş” (Macarıstan) – 2:3 “Fənərbaxça” (Türkiyə) – “Ştutqart” (Almaniya) – 1:0 “Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Serbiya) – 2:0 “Lion” (Fransa) – “Bazel” (İsveçrə) – 2:0 FCSB (Rumıniya) – “Bolonya” (İtaliya) – 1:2 “Qo Ehed İqlz” (Niderland) – “Aston Villa” (İngiltərə) – 2:1 “Genk” (Belçika) – “Betis” (İspaniya) – 0:0 “Brann” (Norveç) – “Reyncers” (Şotlandiya) - 3:0 “Roma” (İtaliya) – “Viktoriya” (Çexiya) – 1:2 “Lill” (Fransa) - PAOK (Yunanıstan) – 3:4 “Seltik” (Şotlandiya) – “Şturm” (Avstriya) – 2:1 “Makkabi” (Təl-Əviv, İsrail) – “Midtyullann” (Danimarka) – 0:3 “Yanq Boys” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) – 3:2 “Frayburq” (Almaniya) – “Utrext” (Niderland) 2-0 “Nottingem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya) – 2:0 “Selta” (İspaniya) – “Nitsa” (Fransa) – 2:1 “Malmö” (İsveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1.