Nəticəsi eyni olan direktor namizədlərində öncəlik kimə verilir? - RƏSMİ
Eyni nəticə göstərən direktor namizədlər arasında seçimin necə aparılması məsələsinə aydınlıq gətirilib. Milli.Az xəbər verir ki, bu barədə MÜTDA-nın direktorların işə qəbulu ilə bağlı yaydığı sual-cavab faylında məlumat verilib. Qeyd edilib ki, aşağıdakı ardıcıllıqla üstünlük verilir: "Daha yüksək test nəticəsi olan, magistr dərəcəsinə malik olan, pedaqoji stajı çox olan, rəhbər vəzifə təcrübəsi olan". Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 30 oktyabr saat 11:00-dan 11 noyabr saat 17:00-dək https://miq.edu.az/direktor linkinə daxil olaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. Milli.Az

Şərh verin