Onlar da “İbrahim”ə qoşulacaqlar
ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Səudiyyə Ərəbistanı yaxın aylarda “İbrahim Sazişləri”nə qoşulacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Time” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu proses ilin sonunadək baş tuta bilər: “Bəli, düşünürəm ki, bu, baş verəcək. Yaxın Şərqdə hazırda sülh hökm sürür və çox keçmədən bütün ölkələr bu razılaşmalara qoşulmağa başlayacaq”. ABŞ Prezidenti əlavə edib ki, İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində ciddi irəliləyiş var və tərəflər sürətlə bu istiqamətə doğru gedir. Xatırladaq ki, “İbrahim Sazişləri” 2020-ci ildə ABŞ-nin vasitəçiliyi ilə İsrail ilə bir sıra ərəb ölkələri – BƏƏ, Bəhreyn, Mərakeş və Sudan arasında diplomatik əlaqələrin bərpasını nəzərdə tutan sənəddir.

Şərh verin