Ermənistanda kilsəyə məxsus telekanal bağlanır
Ermənistanda Erməni Apostol Kilsəsinin təsis etdiyi “Şoqakat” televiziya kanalı bağlanacaq. “Qafqazinfo” xəbər verir ki, bu haqda “Sputnik Ermənistan” məlumat yayıb. Belə ki, Ermənistan parlamenti kilsəyə bağlı televiziya kanalının bağlanmasını tələb edən qanuna ikinci və son oxunuşda dəyişiklikləri qəbul edib. Qeyd edilir ki, Ermənistan hökuməti ilə kilsə arasında münasibətlər may ayında Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsi haqqında səsləndirdiyi fikirlərdən sonra pisləşib. Daha sonra o, bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və bu prosesdə dövlətə aparıcı rolun verilməsini təklif edib.

Şərh verin