Mourinyo ilk dəfə danışdı - "Fənərbağça”dan ayrılmağının səbəbi bu futbolçu imiş...
"Benfika"nın baş məşqçisi Joze Mourinyo "Fənərbağça"dan ayrılmasının səbəbləri barədə ilk dəfə bu qədər açıq danışıb. Milli.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis bildirib ki, İstanbul klubundan ayrılmasında Kerem Aktürkoğlunun transferinin baş tutmaması mühüm rol oynayıb: "Bəlkə də 'Fənərbağça"dan ayrılmağımın səbəblərindən biri oyun tərzim baxımından çox vacib hesab etdiyim həmin oyunçunu transfer edə bilməməyimin məyusluğu idi", - Mourinyo deyib. O, həm "Fənərbağça", həm də hazırkı komandası "Benfika"da Kerem Aktürkoğlunu heyətinə qata bilmədiyini qeyd edib: "Onu heyətə gətirmək üçün hər şeyi etdim, amma sonda nə 'Fənərbağça'ya, nə də 'Benfika'ya gətirə bildim. Bu, mənim üçün çox kədərlidir. Dolayı yolla Benfika heyətinin dəyişməsinə təsir etmiş oldum". Xatırladaq ki, Mourinyo "Fənərbağça"ya böyük ümidlərlə gəlmiş, lakin gözlənilən nəticələri əldə edə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılmışdı. Daha sonra o, Portuqaliya nəhəngi "Benfika"nın baş məşqçisi təyin olunmuşdu. Fidan Milli.Az

Şərh verin