"Liverpul" ardıcıl 4-cü dəfə uduzdu
"Liverpul" İngiltərə futbol çempionatının doqquzuncu turunda səfərdə "Brentford"a 2:3 hesabı ilə məğlub oldu. Milli.Az xəbər verir ki, qaliblərin tərkibində Danqo Uattara (5-ci dəqiqə), Kevin Şeyd (45) və İqor Tyaqo (60, penalti) qolların müəllifləri olublar. Məğlub komandanın heyətində isə Miloş Kerkez (45+5) və Məhəmməd Salah (89) fərqləniblər. İngiltərənin hazırkı çempionu olan "Liverpul" üçün bu, turnirdə ardıcıl dördüncü məğlubiyyətdir. Bundan əvvəl komanda səfərdə "Kristal Palas" (1:2) və "Çelsi"yə (1:2) uduzub, həmçinin öz meydanında "Mançester Yunayted"ə (1:2) məğlub olub. "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 15 xalla 6-cı yerdə qərarlaşıb. /report.az Milli.Az

Şərh verin