Sumqayıtda mənzildə meyit tapıldı
Sumqayıt sakininin meyiti yaşadığı mənzildə aşkarlanıb. “Qafqazinfo” APA-ya istinadla xəbər verir, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Məlumata görə, 1963-cü il təvəllüdlü Hüseynov Rövşən İsrafil oğlunun meyiti ölümündən 5 gün sonra – bu gün hamam otağında aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Şərh verin