Türkiyədə əyləncə məkanına silahlı HÜCUM - FOTO
Türkiyənin paytaxtı Ankarada silahlı hücum hadisəsi baş verib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yenimahalle rayonunun Beştepe məhəlləsində yerləşən bir əyləncə məkanına motosikletlə gələn naməlum şəxslər atəş açıblar. TRT Haber-in məlumatına əsasən, hücum nəticəsində xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib. Hadisə Armada Hayat küçəsində qeydə alınıb. Nömrəsiz motosikletlə gələn iki nəfər əyləncə məkanına silahla atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları əraziyə cəlb edilib. Hadisə şahidlərinin ifadələri alınıb, ətrafdakı təhlükəsizlik kameralarının görüntüləri araşdırılıb. Hazırda şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hüseyn Milli.Az

Şərh verin