Gəncədə 69 yaşlı kişini maşın vurdu — Hadisə yerində öldü
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev və Pərviz Səmədov küçələrinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə, 1956-cı il təvəllüdlü Natiq Bağırov yolu keçərkən avtomobil tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Yunis Quliyev

Şərh verin