“Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə

Misli Premyer Liqasında 9-cu tur davam edir. “Qafqazinfo” xəbər verir ki, 2-ci oyun gününə 2 matç keçirilib. İlk oyunda “Araz-Naxçıvan” “Sabah”ı qəbul edib və son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub. Digər oyunda “Zirə” evdə “Sumqayıt”la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. 25 oktyabr (şənbə) 18:30. “Zirə” – “Sumqayıt” - 1:0 Qol: Brahim Konate, 39 Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Tərlan Talıbzadə, Əkbər Əhmədov VAR: Fərid Hacıyev AVAR: Namiq Hüseynov Zirə İdman Kompleksinin stadionu 16:00. “Araz-Naxçıvan” – “Sabah” - 2:2 Qol: Stiv Solvet, 54 (0:1), İssuf Paro, 58 (1:1), Coy Lens Mikels, 73-pen. (1:2), Ba-Muaka Simakala, 90+9 (2:2) Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamranbəy Rəhimov VAR: Rəvan Həmzəzadə AVAR: Cəmil Quliyev “Bank Respublika Arena” 26 oktyabr (bazar) 16:00. “Qəbələ” – “Neftçi” 18:30. “Qarabağ” – “Şamaxı” 24 oktyabr (cümə) “Kəpəz” – “İmişli” - 0:3 “Karvan-Yevlax” – “Turan Tovuz” - 1:2