"Əfqanıstanla savaşa girə bilərik"

Əgər razılaşma olmasa, Əfqanıstanla açıq şəkildə savaşa girmək seçimimiz vardı. Amma gördüm ki, onlar sülh istəyirlər. Milli.Az axar.az-a istinadən bildirir ki,  bu sözləri Pakistanın müdafiə naziri Xavaca Asif İstanbulda Əfqanıstanla ikinci görüşlə bağlı danışarkən deyib. Asif Əfqanıstanla Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə olunan atəşkəsdə 5 gün ərzində heç bir insident baş vermədiyini, hər iki tərəfin atəşkəsə əməl etdiyini də bildirib. Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında bir müddətdir ki, gərginlik yaşanır. Milli.Az