Luvrdan oğurluq edənlərin ikisi saxlanıldı

Oktyabrln 19-da Fransanın Luvr muzeyində baş verən oğurluqla şübhəli bilinən ən azı bir nəfər həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “France Inter” istintaqa yaxın mənbəyə istinadən xəbər verib. “Le Figaro” qəzeti qeyd edib ki, ikinci şübhəli Sen-Sen-Denis departamentində saxlanılıb. İş üzrə ümumilikdə dörd şübhəli şəxs axtarışa verilib. O, dünən Parisin Rua-Şarl de Qoll hava limanında saxlanılıb. Saxlanılanlar mütəşəkkil oğurluq və sui-qəsd ittihamları ilə həbs olunublar. İki şübhəli şəxsin axtarışı davam edir.