Zərdabda minik avtomobilləri toqquşdu — Ölən var - Fotolar

Zərdab rayonunda yol qəzası olub. “Qafqazinfo”nun xəbərinə görə, hadisə Zərdab- Ağcabədi avtomobil yolunda baş verib. Belə ki, “VAZ 21099” və “Range Rover” markalı minik avtomobilləri toqquşub. Qəza “VAZ”ın sürücüsü Azər Abdullazadə hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.