“Dedim ki, mənim də adım Saşadır” — Hamının danışdığı foto

Xəbər verdiyimiz kimi, oktyabrın 22-si Ukraynanın Xarkov şəhərindəki uşaq bağçalarından birinə PUA hücumu olunub. “Qafqazinfo”nun məlumatına görə, hücum nəticəsində uşaq bağçası dağılıb. Hadisə zamanı şəhərin sabiq fövqəladə hallar xidməti rəisi, general Oleksandr Volobuyev bir körpəni xilas edib. Şahidlərin sözlərinə görə, Volobuyev hadisə yerinə tələsərək qucağındakı yaralı körpəni təhlükəsiz yerə aparıb. O, sonradan jurnalistlərə açıqlamasında bildirib ki, uşağın adı Saşa olub: “O çox qorxmuşdu. Mən onu sakitləşdirmək üçün dedim ki, mənim də adım Saşadır. Sadəcə oradakı hər bir valideynin hiss etdiyi instinktlə hərəkətə keçdim. Belə anlarda qəhrəman axtarmağa ehtiyac yoxdur. Sadəcə kömək edən əllər lazımdır”. Qeyd edək ki, general bu addımı ilə sosial şəbəkələrdə qısa zamanda populyarlıq qazanıb.