Abubakar qol vurdu, “Neftçi” qələbə qazandı — Video

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki matç keçirilir. Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkib. Oyun “Neftçi”nin qələbəsi ilə yekunlaşıb- 2:0. 70-ci dəqiqədə oyuna daxil olmaqla debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə assist edib, sonra isə qol müəllifi olub. Qeyd edək ki, turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı” ilə görüşəcək. 16:00. “Qəbələ” - “Neftçi” - 0:2 Qol: İfeanyi Metyu, 71, Vensan Abubakar, 81 Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli