Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.