Sumqayıtda maşın divara çırpıldı — 6 yeniyetmə yaralandı
Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb. Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) yeniyetmə hospitalizasiya olunub. Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

Şərh verin