Ürək problemləri bu yaşdan başlayır - Həmin vaxt nə yemisinizsə, qocaldıqca...

Alimlər ürək sağlamlığının əsas dövrünün 17-25 yaş arasında olduğunu müəyyən ediblər. Milli.Az xəbər verir ki, Cənubi Karolina Universitetinin Tibb Bacılığı kafedrasının dosenti Cuel Skott "The Conversation" nəşrinə açıqlamasında bildirib ki, ürək sağlamlığı orta yaşda birdən-birə pisləşmir, bu proses çox əvvəldən başlayır və adətən insanın diqqətindən kənarda qalır. Tədqiqatlar göstərir ki, dönmə nöqtəsi təxminən 17 yaşında baş verir. Bu dövrdə qidalanma keyfiyyəti, fiziki aktivlik, yuxu rejimi və qan təzyiqi ilə bağlı göstəricilər azalır. "Məktəbi bitirən dövrdə bir çox gənclərdə ilk risk faktorları görünməyə başlayır. Ən çox rast gəlinən nəticə damarların içində yağ plaklarının yaranması, qan dövranının çətinləşməsi və infarkt riskinin artması ilə müşayiət olunur", - deyə ekspert qeyd edib. Skottun sözlərinə görə, əsas səbəblər arasında piylənmə, oturaq həyat tərzi, tez-tez fastfud, alkoqol və nikotin məhsullarının qəbulu durur. Xüsusilə narahatedici hal kimi o, gənclər arasında nikotin istehlakının artmasını vurğulayıb. 2002-2018-ci illərdə ABŞ-da 18-23 yaş arası gənclərin siqaret, veyp və digər nikotin məhsullarından istifadə edənlərin sayı təxminən iki dəfə artıb. Skott bildirib ki, nikotin damarları zədələyir və aterosklerotik plakların yaranmasını sürətləndirir. İsmayıl Milli.Az