Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı — Saxlanılan var+Yenilənib
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1974-cü il təvəllüdlü Əlövsət Həsənov münaqişə zəminində 1969-cu il təvəllüdlü Əbülfəz Həsənovu bıçaqlayıb. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zərərçəkən şəxsin vəziyyəti orta ağırdır və müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb. *** Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əlövsət Həsənov saxlanılıb.

Şərh verin