Günay Pərvinə söz atdı: "İnandırıcı deyil"
Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib. Milli.Az xəbər verir ki, o, sənətçinin səsləndirdiyi fikirləri real hesab etmədiyini deyib: "Uzun illərdir müxtəlif serial və filmlərdə rol alıram, amma Pərvinin bəhs etdiyi kimi şərtlərlə qarşılaşmamışam. Hər layihədə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Amma o dediyi şərtləri ilk dəfə eşidirəm, mənə inandırıcı gəlmir". O, Pərvin Abıyevaya simpatiyası olduğunu vurğulasa da, bəzi açıqlamaların şişirdildiyini düşündüyünü əlavə edib: "Hərdən saytlarda oxuyuram ki, guya Türkiyədən təklif gəlib, o da qəbul etməyib. İnsanlar niyə belə danışmaq məcburiyyətində qalır, anlaya bilmirəm. Ona görə də hər deyilənə inanmaq lazım deyil". Günayın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hüseyn Milli.Az

Şərh verin