Trampdan jurnalistə sərt cavab — “Sakit ol, donuz”+Video
ABŞ Prezidenti Donald Tramp media ilə növbəti gərgin dialoq yaşayıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də “Air Force One” təyyarəsində jurnalistlərlə söhbəti zamanı Trampa cinsi cinayətlərdə ittiham edilən Cefri Epşteynlə bağlı sənədlər, xüsusilə də onun adının keçdiyi yeni açıqlanmış üç e-mail barədə sual verilib. Qadın müxbir Trampdan həmin məktublarda ittiham doğuracaq məqamların olub-olmadığını soruşduqda, o, barmağını jurnalistin üzünə tuşlayaraq sərt reaksiya verib: “Sakit ol, donuz”. Prezidentin bu ifadəsi ictimaiyyətdə və mediada ciddi reaksiyalara səbəb olub.

Şərh verin