Ukraynadakı korrupsiya işinə görə həbs edildi
Məhkəmə energetika sahəsində korrupsiya işində adı hallanan Ukrayna Baş nazirinin keçmiş müavini Aleks ey Çernışovun barəsində həbs qətimkan tədbiri seçib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko öz teleqram kanalında məlumat verib. “Məhkəmə Çernışovun həbsinə qərar verib”, - parlamentari yazıb. Xatırladaq ki, 10 noyabrda Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) energetika sahəsində genişmiqyaslı korrupsiya əməliyyatı keçirdiyini bildirmişdi. Büro axtarışlar zamanı götürülən böyük məbləğdə xarici valyutanın fotoşəkillərini də paylaşmışdı.

Şərh verin