Kadırov səhhətinin vəziyyətini açıqladı
Çeçenistan rəhbəri Ramzan Kadırov vətəndaşlarla görüşdə sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib. “Qafqazinfo” xəbərinə görə, o bildirib ki, bəzi bədxahlar onun sağlam olmasından narahatdır: “Biliriniz, yayılan şayiələrə baxanda mən qocalmamalıyam. Amma mənim vəziyyətim tam normaldır”. O qeyd edib ki, uzunömürlü olmaq, qocalana kimi yaşamaq istəmir: “İstəyirəm həyatdan elə vaxtda gedim ki, hamı məni sevsin, hörmət etsin. Ölümüm insanlar üçün bir boşluq yaratsın”.

Şərh verin