İtkin kimi axtarılırdı, zavodun həyətində meyiti tapıldı
Bakıda itkin düşmüş şəxsin meyiti zavodun həyətində tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. Dekabrın 12-si saat 10 radələrində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, amma geri qayıtmayıb. Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Araşdırmalar davam etdirilir.

Şərh verin