İlham Əliyev Mikayıl Cabbarova daha bir vəzifə verdi
Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Milli.Az sərəncamın mətnini təqdim edir: "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin: Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini. Milli.Az

Şərh verin