Abdullah Zubir “200”ə çatdı
Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib. Fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XV turuna təsadüf edib. “Qafqazinfo” xəbər verir ki, o, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib. Abdullah bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub. Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Şərh verin