Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi — Adlar
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib: “general-leytenant” ali hərbi rütbəsi general-mayor Adil Ələsgər oğlu Abdullayeva; “general-mayor” ali hərbi rütbəsi polkovnik Fərhad Nəriman oğlu Səmədova; polkovnik Seymur Taleh oğlu Qaraşova; “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova verilib.

Şərh verin