Taleh Qaraşovun oğlu general oldu
Bu gün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin 4 əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib . “Qafqazinfo” xəbər verir ki, həmin şəxslərdən biri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu polkovnik Seymur Qaraşovdur. Ona “general-mayor” ali hərbi rütbəsi verilib. Qeyd edək ki, S.Qaraşov FHN-in Daxili təhlükəsizlik Baş idarəsinin rəisidir.

Şərh verin